Tovuzda kütləvi dava olub, xəsarət alanlar var

Tovuzda kütləvi dava olub, xəsarət alanlar var Tovuz rayonunda 2 nəfər münaqişə zəminində döyülərək xəsarət alıb.
Hadisə
537
28 May , 2020 08:57
Tovuzda kütləvi dava olub, xəsarət alanlar var

Tovuz rayonunda 2 nəfər münaqişə zəminində döyülərək xəsarət alıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Yanıqlı kəndində yerləşən yanacaqdoldurma məntəqəsinin işçisi Z.Əhmədov kütləvi dava zamanı döyülüb. Dava zamanı yeməkxana işçisi olan daha bir şəxs - E.İsmayılov da müxtəlif bədən xəsarətləri alıb. 

İlkin məlumatlara görə, hadisəyə yanacaqdoldurma məntəqəsinin ərazisində və ətrafında "avtoşluq" edən şəxslərə yanacaqdoldurma məntəqəsinin işçisinin etiraz etməsi səbəb olub. Sərxoş halda olduğu bildirilən bir qrup şəxslə Z.Əhmədov arasında mübahisə yaranıb, nəticədə dava olub. Bu zaman E.İsmayılov da onları ayırmağa çalışan zaman xəsarət alıb.

Hər iki zərərçəkən xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi