Tovuzda külək ağacları elektrik naqillərinin üstünə aşırıb

Tovuzda külək ağacları elektrik naqillərinin üstünə aşırıb Tovuzda dünəndən əsən güclü külək bəzi fəsadlar yaradıb
Hadisə
23 May , 2020 23:37
Tovuzda külək ağacları elektrik naqillərinin üstünə aşırıb

Tovuzda dünəndən əsən güclü külək bəzi fəsadlar yaradıb

"Report"un Qərb Mərkəzinin məlumatına görə, mayın 22-dən başlayaraq Qərb bölgəsində hava şəraitinin kəskin dəyişməsi ziyansız ötüşməyib.

Külək bölgənin bir neçə rayonunda olduğu kimi, Tovuzda da fəsadlar törədib. Belə ki, güclü külək nəticəsində bir neçə ağacın iri gövdələri və budaqları sınıb. Qırılan budaqların elektrik naqillərinin üzərinə düşməsi səbəbindən bəzi ərazilərdə enerjinin verilməsində fasilələr yaranıb. Rayonun bir neçə kəndində evlərin dam örtüyünə zərər dəyib.

Qeyd edək ki, dünəndən başlayaraq əlverişsiz hava şəraiti Gəncə şəhəri ilə yanaşı, ətraf rayonlarda da fəsadlar törədib. Külək iri gövdəli ağacları kökündən qopararaq aşırıb, Qazax rayonunun bir neçə kəndinə isə dolu düşüb.

Son xəbərlər

Orphus sistemi