Tovuzda körpə dərmandan zəhərləndi

Tovuzda körpə dərmandan zəhərləndi Tovuz rayonunda valideynlərinin nəzarətindən yayınan 2 yaşlı körpə dərmandan zəhərlənib.
Hadisə
3 may 2020 17:10
Tovuzda körpə dərmandan zəhərləndi

Tovuz rayonunda valideynlərinin nəzarətindən yayınan 2 yaşlı körpə dərmandan zəhərlənib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Tovuz rayon Qovlar şəhər sakini, 2018-ci il təvəllüdlü körpə (oğlan) valideynləri ilə birgə qonaq getdiyi evdə zəhərlənib.

O, valideynlərinin nəzarətindən yayınaraq ürək dərmanı həblərini içib. Zəhərlənən azyaşlı yaxınları tərəfindən xəstəxanaya aparılıb və ona həkimlər tərəfindən tibbi yardım göstərilib. Bundan sonra körpənin vəziyyəti yaxşılaşıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi