Tovuzda karantin qaydalarını pozan çay evi aşkarlanıb

Tovuzda karantin qaydalarını pozan çay evi aşkarlanıb Obyektin sahibi ilə profilaktik söhbətlər aparılıb
Hadisə
27 Mart , 2021 14:08
Tovuzda karantin qaydalarını pozan çay evi aşkarlanıb

Tovuz rayonunda karantin qaydalarına zidd fəaliyyət göstərən çay evi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan "Report"un Qərb mərkəzinə verilən məlumata görə, Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri növbəti tədbirlər zamanı rayon ərazisində çay evlərinin birində xüsusi karantin rejiminə və sanitar-gigiyena qaydalarına zidd olaraq müştərilərə qəlyan xidməti göstərilməsi, həmçinin sosial məsafənin və mövcud preventiv tədbirlərin şərtlərinin pozulması halları aşkarlanıb.

Karantin qaydalarının pozulduğu həmin obyektin sahibi R.Qəniyev və 5 nəfər müştəri Şəhər Polis Şöbəsinə dəvət olunaraq həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib.

Son xəbərlər

Orphus sistemi