Yuxarı
    Bağlamaq

    ​Tovuzda it qəzaya səbəb olub, maşın ticarət obyektinə çırpılıb - FOTO

    Hadisə nəticəsində sürücü sağ qalıb

    Bakı. 18 yanvar. REPORT.AZ/ Axşam saatlarında Tovuz rayonunun Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

    "Report" xəbər verir ki, qəza "Changan" markalı avtomobilin yoldan çıxaraq kənardakı obyektə çırpılması nəticəsində baş verib.

    Şahidlərin sözlərinə görə, qəzaya yola qəfil itin çıxması səbəb olub.

    İdarəetməni itirən sürücü əvvəlcə yol kənarındakı dəmir maneələrə, daha sonra isə ticarət obyektinə çırpılıb. Maşın yararsız hala düşsə də, qəzadan sağ çıxan sürücü hadisə yerindən uzaqlaşıb.

    Tovuz rayon Polis şöbəsi qəzanın səbəblərini araşdırır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi