Tovuzda istirahət mərkəzində kişi 40 metrlik dərəyə yıxılıb

Tovuzda istirahət mərkəzində kişi 40 metrlik dərəyə yıxılıb Tovuz rayon Əsrik Cırdaxan kəndində dərəyə yıxılan kişinin qol və ayağı sınıb.
Hadisə
19 İyul , 2019 22:57
Tovuzda istirahət mərkəzində kişi 40 metrlik dərəyə yıxılıb

Tovuz rayon Əsrik Cırdaxan kəndində dərəyə yıxılan kişinin qol və ayağı sınıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, 27 yaşlı İmamov Sabuhi Mübariz oğlu ehtiyatsızlıqdan dərinliyi 40 metrdən çox olan dərəyə yıxılıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin xüsusi xilasetmə qüvvələri cəlb olunub və zərərçəkmiş oradan çıxarılaraq "təcili yardım" maşını ilə xəstəxanaya aparılıb.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi