Bakı. 31 yanvar. REPORT.AZ/ Axşam saatlarında Tovuz rayonunun İbrahimhacılı kəndində ikimərtəbəli evdə yanğın hadisəsi baş verib.
"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, vətandaşa məxsus ikimərtəbəli 7 otaqlı evin 1-ci mərtəbəsində 2 otaq və mətbəx, 2-ci mərtəbəsində isə 3 otaq və dam örtüyü yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.