Yuxarı

Tovuz rayonunda iki nəfər bıçaqlanıb

Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil

Tovuz. 27 iyul. REPORT.AZ/ Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qərb bürosu xəbər verir ki, rayonun Yuxarı Öysüzlü kəndində həmkəndlilər 44 yaşlı Habil Həsənov və 28 yaşlı Elşən Abbasov bıçaq yarası alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Yaralılara dərhal tibbi yardım göstərilib. Reanimasiya şöbəsinə yerləşdirilən zərərçəkənlərin sinə nahiyələrindən çıçaq yaraları aldıqları bildirilir.

Kənd sakinlərinin hansı şəraitdə bıçaqlandığı məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi