Tovuzda iki ədəd top mərmisi tapılıb - FOTO

Tovuzda iki ədəd top mərmisi tapılıb - FOTO Martın 20-də Tovuz rayonunun Əlibəyli kəndi ərazisində mərmi tapılıb.
Hadisə
20 Mart , 2019 21:46
Tovuzda iki ədəd top mərmisi tapılıb - FOTO

Martın 20-də Tovuz rayonunun Əlibəyli kəndi ərazisində mərmi tapılıb.

“Report”un Qərb Mərkəzi xəbər verir ki, əraziyə ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis şöbəsinin əməkdaşları cəlb olunub.

Agentliyin mütəxəssisləri və Tovuz rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə çay kənarına baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd 85 mm-lik top mərmisi (OF-350K) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmilərinin ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Son xəbərlər

Orphus sistemi