Tovuzda iki avtomobil toqquşdu, xəsarət alanlar var

Tovuzda iki avtomobil toqquşdu, xəsarət alanlar var Tovuz rayonunda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Hadisə
14 Mart , 2020 22:46
Tovuzda iki avtomobil toqquşdu, xəsarət alanlar var

Tovuz rayonunda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun İbrahimhacılı kəndi ərazisində qeydə alınıb.

Belə ki, “VAZ” markalı avtomobilin digər avtomobillə toqquşması nəticəsində, sürücülərdən biri və sərnişin, 1936-cı il təvəllüdlü Fatma Cəmil qızı Musayeva xəsarət alıblar.

Hər iki şəxs xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi