Tovuzda valideyinləri ilə mübahisə edən oğul qolunu kəsərək intihara cəhd edib

Tovuzda valideyinləri ilə mübahisə edən oğul qolunu kəsərək intihara cəhd edib Yaralı xəstəxanaya yerləşdirilib
Hadisə
22 May , 2017 00:44
Tovuzda valideyinləri ilə mübahisə edən oğul qolunu kəsərək intihara cəhd edib

Tovuz. 22 may. REPORT.AZ/ Tovuz rayonunda 36 yaşlı kişi özünə xəsarət yetirərək intihara cəhd edib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə gecə saatlarında rayonun Dönük Qırıqlı kəndində baş verib.

Sərxoş vəziyyətdə valideynləri ilə mübahisə edən 1981-ci il təvəllüdlü Əliyev Emin Eldar oğlu əsəbi halda sol qolunu küt alətlə kəsib. Yaxınları tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılan yaralıya həkimlər tərəfindən tibbi yardım göstərilib.

Qohumların sözlərinə görə, övlad və valideynlər arasında mübahisə ata və ananın öz oğullarına içkidən imtina etməyi istəmələri səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi