Tovuzda "Hyundai" avtomobili piyadanı vurub

Tovuzda "Hyundai" avtomobili piyadanı vurub Fikrət Əliyevin vəziyyətinin ağır olduğunu bildirilir
Hadisə
476
6 Mart , 2017 00:32
Tovuzda Hyundai avtomobili piyadanı vurub

Tovuz. 5 mart. REPORT.AZ/ Tovuz rayonunda piyadanın xəsarət alması ilə nəticələnmiş yol qəzası baş verib.

Tovuz Rayon Polis Şöbəsindən "Report"un Qərb bürosuna verilən məlumata görə, hadisə axşam saatlarında, rayonun Əlimardanlı kəndində baş verib.

Kənd sakini, 1972-ci il təvəllüdlü Əliyev Fikrət Fərmayıl oğlu yolu keçmək istəyərkən hələlik sürücüsünün adı açıqlanmayan "Hyundai" markalı avtomobil tərəfindən vurulub.

Yaralı ağır vəziyyətdə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. O, həkimlər tərəfindən əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlər yaralının vəziyyətinin ağır olduğunu bildiriblər.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi