Tovuz rayonunda 43 yaşlı kişini bıçaqlayan şəxs saxlanılıb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, aprelin 27-də axşam saatlarında Tovuz rayon Düz Qırıqlı kənd sakini, 1977-ci il təvəllüdlü Azər Əşrəf oğlu Rzayevi sinəsindən və kürəyindən bıçaqlayan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan "Report"un Qərb Mərkəzinə verilən məlumata görə, həmin şəxs Tovuz rayon Düz Qırıqlı kənd sakini, 1978-ci il təvəllüdlü Ayaz Cəmil oğlu Məmmədovdur. O, hadisəni törətməkdə şübhəli bilinərək Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Qeyd edək ki, 2 bıçaq xəsarəti alan A.Rzayev Tovuz Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.