Tovuzda gömrük əməkdaşları qəzaya düşüb, ölən və yaralanan var - FOTO - YENİLƏNİB

Tovuzda gömrük əməkdaşları qəzaya düşüb, ölən və yaralanan var - FOTO - YENİLƏNİB Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
21 Avqust , 2017 10:15
Tovuzda gömrük əməkdaşları qəzaya düşüb, ölən və yaralanan var - FOTO - YENİLƏNİB
Report.az

Tovuz. 21 avqust. REPORT.AZ/ Bakı-Qazax magistral avtomobil yolunun 435–ci km-də Tovuz rayonu ərazisində “Mercedes” markalı minik avtomobili ilə “MAN” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə zamanı “Mercedes” markalı minik avtomobilinin sürücüsü, 1958-ci il təvəllüdlü Kərimov Rafiq Baratəli oğlu vəfat edib. Həmin maşında olan sərnişin - Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Romanova Oksana Andrey qızı yaralı halda Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, “Mercedes” markalı avtomobildə Dövlət Gömrük Komitəsinin əməkdaşları olub.

Faktla bağlı araşdırmalara başlanılıb.


***09:48 

Tovuz. 21 avqust. REPORT.AZ/ Tovuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Qərb bürosunun məlumatına görə, Bakı-Qazax magistral avtomobil yolunun Tovuz rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, "Mercedes" markalı avtomobil yük maşını ilə toqquşub. 

Nəticədə "Mercedes"in sürücüsü ölüb və avtomobildə olan bir nəfər sərnişin xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi