Tovuzda gənc qız özünü körpüdən atmaq istəyib

Tovuzda gənc qız özünü körpüdən atmaq istəyib Tovuz. 30 sentyabr. REPORT.AZ/ Tovuz rayonunda intihara cəhd hadisəsi olub.
Hadisə
30 Sentyabr , 2018 15:20
Tovuzda gənc qız özünü körpüdən atmaq istəyib

Tovuz. 30 sentyabr. REPORT.AZ/ Tovuz rayonunda intihara cəhd hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonda yerləşən parkların birinin yaxınlığındakı körpüdə qeydə alınıb.

Gənc qız özünü körpünün üzərindən atmaq istəyib. Lakin polis tərəfindən hadisənin qarşısı alınıb.

İlkin məlumatlara görə, Qovlar şəhər sakini, 1998-ci il təvəllüdlü Novruzova Gülay Sadiq qızı həyat yoldaşının Rusiyaya getməsini istəməyib. Bu səbəbdən ailədaxili münaqişə yaranıb və gənc qadın intihara cəhd edib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi