Tovuzda gənc qaynaqçını iş zamanı elektrik cərəyanı vuraraq öldürüb - YENİLƏNİB

Tovuzda gənc qaynaqçını iş zamanı elektrik cərəyanı vuraraq öldürüb - YENİLƏNİB Tovuz rayonunda elektrik enerjisinin vuraraq öldürdüyü gənc qaynaqçının şəxsiyyəti məlum olub.
Hadisə
4 İyun , 2019 13:28
Tovuzda gənc qaynaqçını iş zamanı elektrik cərəyanı vuraraq öldürüb - YENİLƏNİB

Tovuz rayonunda elektrik enerjisinin vuraraq öldürdüyü gənc qaynaqçının şəxsiyyəti məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, 2001-ci il təvəllüdlü İlqar Cəfərov darvazanın üstündə çardaq düzəldən zaman əlindəki metal lövhə yüksək gərginlikli elektrik xəttinə dəyib. Bu zaman onu elektrik cərəyanı vurub və gənc hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.


*** 11:23

Tovuz rayonunda gənc qaynaqçını iş zamanı elektrik cərəyanı vuraraq öldürüb. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Qovlar şəhərində qeydə alınıb. 

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan gənc qaynaqçı ehtiyatsızlıqdan yüksək gərginlikli elektrik enerjisinə toxunub. Bu zaman onu elektrik enerjisi vuraraq öldürüb. 

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Əraziyə baxış keçirilib.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi