Tovuz. 12 avqust. REPORT.AZ/ Tovuz rayonunda 18 yaşlı gənc şüşə parçası ilə atasına xəsarət yetirib.
“Report”un Qərb bürosu xəbə verir ki, hadisə rayonun Əyyublu kəndində baş verib.
Belə ki, həmin kəndin sakini, 1970-ci il təvəllüdlü Nəbi İsa oğlu Əliyev bədənin müxtəlif nahiyələrində nüfuza daxil etməyən kəsici və deşici xəsarətlərlə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
İlkin məlumata görə, hadisəni onun oğlu, 2000-ci il təvəllüdlü Elxan Nəbi oğlu Əliyev ailə münaqişəsi zəmnində törədib.
Faktla bağlı araşdırma aparılır.