Tovuz. 11 yanvar. REPORT.AZ/ Tovuz rayonunda fərdi yaşayış evində qaz balonu partlayıb.
"Report" Qərb bürosu xəbər verir ki, hadisə rayonun Bayramlı kəndində qeydə alınıb.
Belə ki, 43 yaşlı Fərmayıl Abulov evdə qaz balonunu yandırmaq istəyərkən qəflətən alışıb. O, qaz balonunu evdən həyətə atarkən sifəti və əli yanıb. Yaralı Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.


