Tovuzda evlərdən 16 min manatlıq oğurluq edilib

Tovuzda evlərdən 16 min manatlıq oğurluq edilib Tovuzda evlərdən oğurluq edən şəxs tutulub.
Hadisə
20 Noyabr , 2021 13:32
Tovuzda evlərdən 16 min manatlıq oğurluq edilib

Tovuzda evlərdən oğurluq edən şəxs tutulub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 5 700 manat pul və 10 000 manat dəyərində qızıl-zinət əşyaları, digər 1 evdən isə 300 manat pul oğurlamaqda şübhəli bilinən Hunanlar kənd sakinləri V.İbrahimov saxlanılıb, digər 1 nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi