Tovuz rayonunda evdən oğurluq edilib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhər sakini Mira Novruzovaya məxsus fərdi yaşayış evində qeydə alınıb.
Evdən, ümumilikdə, 20 000 manat dəyərində qızıl zinət əşyaları oğurlanıb. Hadisənin kim və ya kimlər tərəfindən törədildiyi isə hələ ki məlum deyil.
Faktla bağlı araşdırma aparılır.