​Tovuzda ev yanıb

​Tovuzda ev yanıb Evin qalan hissəsi yanğından mühafizə olunub
Hadisə
27 İyul , 2016 21:57
​Tovuzda ev yanıb

Bakı. 27 iyul. REPORT.AZ/ Tovuz rayonunda yanğın hadisəsi baş verib. 

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonun Qovlar şəhərində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 2 otaqlı evin aynabəndində 30 kv.m sahədə ev əşyaları yanıb.

Yüksək temperaturdan 2 ədəd plastik pəncərə əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 20:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi