Ermənilərin Dondar Quşçuya atdığı top mərmisi əkin sahəsinə düşüb

Ermənilərin Dondar Quşçuya atdığı top mərmisi əkin sahəsinə düşüb ​​​​​​​Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Daxili İşlər Nazirliyinin (DİN) “102 Xidmətindən Tovuz rayonu, Dondar Quşçu kəndi ərazisinə 1 ədəd mərminin düşməsi barədə məlumat daxil olub.
Hadisə
23 İyul , 2020 14:47
Ermənilərin Dondar Quşçuya atdığı top mərmisi əkin sahəsinə düşüb

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Daxili İşlər Nazirliyinin (DİN) “102 Xidmətindən Tovuz rayonu, Dondar Quşçu kəndi ərazisinə 1 ədəd mərminin düşməsi barədə məlumat daxil olub.

ANAMA-dan “Report”a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və DİN-in Tovuz rayon Polis Şöbəsinin əməkdaşları təhlükəsizlik qaydalarını nəzərə alaraq iyulun 22-də həmin əraziyə göndərilib və birlikdə qeyd olunan ərazidə əkin sahəsinə baxış keçirilib.

Təhlükəsizliyi təmin etmək məqsədi ilə ərazi polislər tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən atılmış və partlamamış 122 mm-lik top mərmisinin (OF-56-1) aşkar olunub.

Top mərmisinin partladıcısı (RQM-2) üzərində olduğuna görə iyulun 23-də yerində zərərsizləşdirilib.

 Top mərmisinin ətrafında 50 kv.m əraziyə yerüstü, 5 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Son xəbərlər

Orphus sistemi