Yuxarı
    Bağlamaq

    Tovuzda "Azərsığorta" şirkətinin filial müdiri qətlə yetirilib, müavini xəsarət alıb - YENİLƏNİB-2

    Hadisənin hansı şəraitdə baş verməsi məlum deyil

    Tovuz. 22 aprel REPORT.AZ/ Tovuz rayonunda baş verən qətl hadisəsi ilə bağlı yeni təfərrüatlar məlum olub.

    "Report"un Qərb bürosunun məlumatına görə, şöbə müdiri qətlə yetirilən zaman onun müavinlərindən biri - Tovuz rayon sakini, 1964-cu il təvəllüdlü Vəliyev Vidadi Bəhman oğlu travmatoloji xəsarət alıb.

    O, kəllə-beyin travması diaqnozu ilə Tovuz Rayon Mərkəzi Rayon xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Yaralının vəziyyəti orta-ağırdır.

    Qətlə yetirilən şöbə müdiri Raya Bayramova 20 ildir ki, sözügedən vəzifədə çalışıb. Həyat yoldaşını itirən qadının iki övladı (oğul və qız) var. Mərhumun qızı da həmin idarədə işləyir.

    ***18:26

    Axşam saatlarında Tovuz rayonunda qətl hadisəsi törədilib.

    "Report"un Qərb bürosunun məlumatına görə, qətlə yetirilən 1956-cı il təvəllüdlü Bayramova Raya Nəsrəddin qızı "Azərsığorta" Dövlət Sığorta Kommersiya Şirkətinin Tovuz rayon filialının müdiridir.

    Onun kim tərəfindən və hansı şəraitdə qətlə yetirildiyi, hələlik məlum deyil.

    Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi