Tovuzda doğuş zamanı körpə ölüb

Tovuzda doğuş zamanı körpə ölüb Körpənin atası xəstəxananın şüşələrini qırıb
Hadisə
22 Sentyabr , 2017 23:09
Tovuzda doğuş zamanı körpə ölüb

Tovuz. 22 sentyabr. REPORT.AZ/ Tovuzda doğuş zamanı ölüm hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, Ağstafa rayon sakini, 1999-cu il təvəllüdlü Zəlqələm Çingiz qızı İsmayılzadə Tovuz Rayon Mərkəzi Xəstəxansının Doğuş şöbəsinə aparılıb.

Doğuş zamanı dünyaya gələn qız uşağı ölüb. Bu, qadının ilk doğuşu olub.

Məlumata görə, qadının həyat yoldaşı hadisədən sonra əsəbiləşərək şöbənin bir neçə pəncərəsini sındırıb. Hazırda baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi