Yuxarı

Tovuzda 18 yaşlı qızın meyiti tapılıb - FOTO - YENİLƏNİB

Bu yerli sakin Günay Gülməmmədovadır

Tovuz. 19 iyun. REPORT.AZ/ Tovuzun Aşağı Quşçu kəndində tapılan meyitin şəxsiyyəti müəyyənləşib.

"Report"un Qərb bürosu xəbər verir ki, bu, 18 yaşlı Günay Gülməmmədovadır.  

***22:44

Bu gün axşam saat 21:00 radələrində Tovuzun Aşağı Quşçu kəndində naməlum qadın meyiti aşkar edilib.

"Report"un Qərb bürosunun məlumatına görə, meyit Tovuz rayon morquna yerləşdirilib.

Hazırda qadının şəxsiyyəti müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır. 

Qeyd edək ki, bu gün Qazax rayonunda da 25 yaşlı naməlum qadın meyiti aşkar edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi