Tovuzda çoban naməlum şəxs tərəfindən döyülüb

Tovuzda çoban naməlum şəxs tərəfindən döyülüb Tovuz. 3 avqust. REPORT.AZ/ Tovuz rayonunda çobanlıq edən şəxs döyülərək xəstəxanalıq olub.
Hadisə
3 Avqust , 2018 08:28
Tovuzda çoban naməlum şəxs tərəfindən döyülüb

Tovuz. 3 avqust. REPORT.AZ/ Tovuz rayonunda çobanlıq edən şəxs döyülərək xəstəxanalıq olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Göyəbaxan kəndində baş verib. 

Belə ki, həmin kənd ərazisində çobanlıqla məşğul olan, 1962-ci il təvəllüdlü Şahvələd Hüseyn oğlu Hüseynov hələ ki, bilinməyən səbəbdən döyülərək müxtəlif bədən xəsarətləri alıb. Xəstəxanaya yerləşdirilən yaralının vəziyyəti orta ağırdır.

Onun kim tərəfindən və hansı səbəbdən döyülməsi ilə bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi