Tovuzda çətənə yetişdirənlər saxlanıldı

Tovuzda çətənə yetişdirənlər saxlanıldı Tovuz rayonunda kultivasiya yolu ilə çətənə kolları yetişdirən şəxslərə qarşı əməliyyat keçirilib.
Hadisə
2 may 2020 08:57
Tovuzda çətənə yetişdirənlər saxlanıldı

Tovuz rayonunda kultivasiya yolu ilə çətənə kolları yetişdirən şəxslərə qarşı əməliyyat keçirilib. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, əməliyyatı Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsasında Qədirli kəndi ərazisində keçiriblər.

Əməliyyat tədbiri nəticəsində Xatınlı kənd sakinləri C.Hüseynov və A.Mustafayev tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş 168 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

C.Hüseynov A.Mustafayev polis əməkdaşları tərəfindən saxlanılıblar.

Son xəbərlər

Orphus sistemi