Tovuzda çay evində yanğın olub

Tovuzda çay evində yanğın olub Faktla bağlı araşdırma aparılır
Hadisə
18 Fevral , 2019 17:13
Tovuzda çay evində yanğın olub

Tovuz. 18 fevral. REPORT.AZ/ Tovuz rayonunda çay evində yanğın olub.

"Report"un Qərb bürosunun məlumatına görə, rayon sakini, Aidə Abdiyevaya məxsus çay evində baş verən yanğın zamanı obyektin 19 kvadratmetr hissəsi yanıb. 

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Alov söndürülüb və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi