Tovuzda qəbul imtahanından kəsilən qız intihara cəhd edib

Tovuzda qəbul imtahanından kəsilən qız intihara cəhd edib 17 yaşlı qızın vəziyyəti ağırdır
Hadisə
27 May , 2017 00:13
Tovuzda qəbul imtahanından kəsilən qız intihara cəhd edib

Tovuz. 27 may. REPORT.AZ/ Tovuz rayonunda 17 yaşlı şagird qəbul imtahanından kəsildiyi üçün intihara cəhd edib.

"Report"un Qərb bürosunun məlumatına görə, Tovuz rayon sakini, 2000-ci il təvəllüdlü, Ağayeva Təhminə Sucəddin qızı, bu gün keçirilən qəbul imtahanından kəsilib, axşam saatlarında isə anasının istifadə etdiyi müxtəlif həbləri içərək intihara cəhd edib.

Yaxınları tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılan qıza dərhal həkimlər tərəfindən tibbi yardım göstərilib və o, palataya yerləşdirilib. Həkimlər qızın vəziyyətinin orta-ağır olduğunu bildirir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi