Tovuzda bir qrup şəxs xəstəxanaya hücüm edib

Tovuzda bir qrup şəxs xəstəxanaya hücüm edib Tovuz. 24 mart. REPORT.AZ/ Tovuzda bir qrup şəxs mərkəzi xəstəxanaya hücüm edib.
Hadisə
124
24 Mart , 2018 21:59
Tovuzda bir qrup şəxs xəstəxanaya hücüm edib

Tovuz. 24 mart. REPORT.AZ/ Tovuzda bir qrup şəxs mərkəzi xəstəxanaya hücüm edib.

"Report"un Qərb bürosunun məlumatına görə, bir neçə gənc tərəfindən xəstəxanaya Aşağı Quşçu kəndində keçirilən toy mərasimində boyun nahiyəsindən bıçaq xəsarət almış yaralı gətirilib.

Yaralını xəstəxanaya gətirən gənclərlə tibb işçiləri arasında mübahisə yaranıb. Əraziyə polis əməkdaşları çağırılıb.

Qeyd edək ki, xəstəxanaya gətirilən yaralı Aşağı Quşçu kənd sakini, 1990-cı il təvəllüdlü Aydın Hüseyn oğlu Ismayılovdur. Yaxınları onun Gəncə şəhərində yerləşən xəstəxanaya aparılmasını tələb edir.

Orphus sistemi