Tovuzda bir neçə mağazanı qarət edənlər saxlanılıb - FOTO

Tovuzda bir neçə mağazanı qarət edənlər saxlanılıb - FOTO Elşən Ələsgərov və İlkin Həsənov satış mərkəzlərindən telefon, qol saatı, danışıq kartları oğurlayıblar
Hadisə
17 Dekabr , 2016 02:53
Tovuzda bir neçə mağazanı qarət edənlər saxlanılıb - FOTO

Bakı. 17 dekabr. REPORT.AZ/ Tovuz rayonunda bir neçə mağazanı qarət edən şəxslər saxlanılıb.

"Report" xəbər verir ki, onların oğurluq əməlləri rayon ərazisində baş verib.

Belə ki, Alakol kənd sakinləri Elşən Ələsgərov və İlkin Həsənov rayon mərkəzinə gələrək əvvəlcədən müəyyən etdikləri satış mərkəzlərindən telefon, qol saatı, danışıq kartları və nağd pul oğurlayıblar.

Onlar əldə etdikləri qənimətləri aralarında bölüşdürüb satmağa macal tapmamış Tovuz polisi gəncləri saxlayıb.

Araşdırmalar zamanı məlum olub ki, dostlar özlərinə telefon almaq üçün mağazalara daxil olublar. Tovuz RPŞ-nın İstintaq Şöbəsinin baş müstəntiqi Bərzani Abbasov "Report"a bildirib ki, Alakol sakinlərinin sahibkarlara vurduqları ziyanın miqdarı aparılacaq araşdırmalardan sonra məlum olacaq. 

Əvvəllər məhkumluq həyatı yaşamayan gənclərin digər cinayətlərdə iştiraklarının olub-olmadığı araşdırılır.

Son xəbərlər

Orphus sistemi