Yuxarı
    Bağlamaq

    ​Tovuzda bir ailə qarpızdan zəhərlənib

    Məmmədovlar ailəsinin 5 üzvünə zəhərlənmə diaqnozu qoyulub

    Bakı. 9 iyul. REPORT.AZ/ Tovuzda bir ailə qarpızdan zəhərlənib. "Report" xəbər verir ki, hadisə günorta saatlarında rayonun Yuxarı Öysüzlü kəndində baş verib.

    Toyuq əti ardından qarpız yeyən Məmmədovlar özlərini narahat hiss ediblər. Tovuz Mərkəzi rayon xəstəxanasına çatdırılan 68 yaşlı Nəbi Məmmədov, həyat yoldaşı 61 yaşlı Şirin Məmmədova, gəlini və iki azyaşlı nəvələrinə zəhərlənmə diaqnozu qoyulub. Dərhal kənd sakinlərinə tibbi yardım göstərilib. Tovuz MRX-nın İnfeksion şöbəsinin müdiri Nəzakət Tağıyevanın verdiyi məlumata görə, zəhərlənən ailə üzvlərindən Nəbi Məmmədovun vəziyyəti daha ağır qiymətləndirlir.

    Səhhətlərində problem olan digər ailə üzvləri isə artıq evə buraxılıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi