​Tovuzda binada yanğın nəticəsində iki nəfər tüstüdən zəhərlənib

​Tovuzda binada yanğın nəticəsində iki nəfər tüstüdən zəhərlənib Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil
Hadisə
2 Mart , 2016 23:46
​Tovuzda binada yanğın nəticəsində iki nəfər tüstüdən zəhərlənib

Bakı. 2 mart. REPORT.AZ/ Axşam saatlarında Tovuz rayonunda 5 mərtəbəli binanın sonuncu mərtəbəsində yanğın baş verib.

"Report" xəbər verir ki, Aybəniz Dəmirovaya məxsus mənzildə qeydə alınan yanğın nəticəsində iki nəfər tüstüdən zəhərlənərək Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Tovuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını cəlb olunub. Yanğın söndürülüb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Son xəbərlər

Orphus sistemi