Tovuzda bıçaqlanan şəxs xəstəxanada ölüb - YENİLƏNİB

Tovuzda bıçaqlanan şəxs xəstəxanada ölüb - YENİLƏNİB Tovuz rayonunda bıçaqlanan şəxs xəstəxanada ölüb.
Hadisə
27 Aprel , 2019 20:57
Tovuzda bıçaqlanan şəxs xəstəxanada ölüb - YENİLƏNİB

Tovuz rayonunda bıçaqlanan şəxs xəstəxanada ölüb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayon sakini, 70 yaşlı Cəlal Səməd oğlu Tağıyev bıçaq xəsarəti ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb və o, xəstəxanada ölüb.

Hadisəni törədən, Yanıqlı kənd sakini, 1971-ci il təvəllüdlü Mikayıl Oktay oğlu Abdıyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


*** 19:03

Tovuz rayonunda 70 yaşlı kişi bıçaqlanıb.

"Report"un Qərb Mərkəzinin verdiyi məlumata görə, rayon sakini, 1949-cu il təvəllüdlü Cəlal Səməd oğlu Tağıyev müxtəlif dərəcəli bıçaq xəsarətləri ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Xəstaxandan "Report"un yerli bürosuna bildirilib ki, yaralı ilkin tibbi yardım göstərildikdən sonra cərrahiyyə əməliyyatı olunub. Onun vəziyyətinin ağır olaraq qaldığı deyilir. 

Hadisənin kim tərəfindən və hansı zəmində törədilməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi