Tovuzda avtomobillər toqquşdu, ölən var

Tovuzda avtomobillər toqquşdu, ölən var Tovuzda yol qəzası baş verib.
Hadisə
25 Dekabr , 2020 12:30
Tovuzda avtomobillər toqquşdu, ölən var
0 : 00
0 : 00

Tovuzda yol qəzası baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, dekabrın 24-ü saat 7 radələrində Tovuz şəhəri ərazisində rayon sakinləri C.Bağırovun idarə etdiyi “VAZ-2106”, R.Tağıyevin idarə etdiyi “VAZ-21099” və S.Qafarovun idarə etdiyi “Mitsubishi” markalı avtomobillər toqquşub.

Nəticədə C.Bağırovun sərnişini, Ağdam kənd sakini Sahib Sadıqov hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Tovuz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi