Tovuzda avtomobil qəzası zamanı ata ölüb, oğlu xəsarət alıb - YENİLƏNİB - FOTO - VİDEO

Tovuzda avtomobil qəzası zamanı ata ölüb, oğlu xəsarət alıb - YENİLƏNİB - FOTO - VİDEO Tovuzda VAZ-21011 markalı avtomobillə KaMAZ markalı yük maşınının toqquşması nəticəsində ölən və xəsarət alanların şəxsiyyətləri məlum olub.
Hadisə
26 İyun , 2020 19:14

Tovuzda "VAZ-21011" markalı avtomobillə "KaMAZ" markalı yük maşınının toqquşması nəticəsində ölən və xəsarət alanların şəxsiyyətləri məlum olub. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Məşədilər kəndində qeydə alınan hadisə nəticəsində Tovuz rayon sakini, 1974-cü il təvəllüdlü Haqverdi Qurban oğlu Həsənov ölüb, onun oğlu, 2005-ci il təvəllüdlü Murad Haqverdi oğlu Həsənov isə xəsarət alıb. 

Faktla bağlı araşdırma aparılır. 


***18:06

Tovuzda "VAZ-21011" markalı avtomobillə "KaMAZ" markalı yük maşını toqquşub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Məşədilər kəndində qeydə alınıb. 

Qəza nəticəsində 1 nəfər aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Daha 1 nəfər isə ağır xəsarət alaraq xəstəxanaya aparılıb.

Ölən şəxsin yaralının atası olduğu bildirilir. Onların ad və soyadları dəqiqləşdirilir.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi