Tovuzda yol qəzasında ölən və xəsarət alanların şəxsiyyəti məlum olub

Tovuzda yol qəzasında ölən və xəsarət alanların şəxsiyyəti məlum olub Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.
Hadisə
28 Noyabr , 2021 20:27
Tovuzda yol qəzasında ölən və xəsarət alanların şəxsiyyəti məlum olub

Tovuz rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən və xəsarət alanların şəxsiyyətləri məlum olub.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə nəticəsində "VAZ-2106" markalı avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Fəxri Əfəndiyev dünyasını dəyişib.

Daha iki nəfər, digər avtomobilin sürücüsü Hümbət Həsənov və onun həyat yoldaşı Nübar Həsənova xəsarət alıb.

Qeyd edək ki, hadisə Tovuz rayon "Qala" adlanan ərazidə iki "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində baş verib.

Faktla bağlı araşdırmalara başlanılıb

21:11

Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayon ərazisində 2 avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb.

Xəsarət alan bir neçə nəfər xəstəxanaya aparılıblar.

Hadisə yerinə təcili tibbi yardım briqadası və DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi