Tovuzda avtomobil qəzası baş verib, yaralılar var

Tovuzda avtomobil qəzası baş verib, yaralılar var Tovuz. 13 oktyabr. REPORT.AZ/ Tovuz rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
13 Oktyabr , 2018 21:34
Tovuzda avtomobil qəzası baş verib, yaralılar var

Tovuz. 13 oktyabr. REPORT.AZ/ Tovuz rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun İbrahimhacılı kəndi ərazisində yerləşən yeməkxanaların birinin qarşısında qeydə alınıb.

Avtoqəza nəticəsində rayon sakinləri - Rövşən Məmmədov və onun qohumu, 1996-cı il təvəllüdlü Nizaməddin Məmmədov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onlardan R.Məmmədovun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Salyan rayonunda avtomobilin kanala düşməsi nəticəsində 3 nəfər xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi