Tovuzda baş verən yol qəzasında xəsarət alanların adı məlum olub - YENİLƏNİB-2

Tovuzda baş verən yol qəzasında xəsarət alanların adı məlum olub - YENİLƏNİB-2 Faktla bağlı araşdırma aparılır
Hadisə
21 İyul , 2017 15:43
Tovuzda baş verən yol qəzasında xəsarət alanların adı məlum olub - YENİLƏNİB-2

Tovuz. 21 iyul. REPORT.AZ/ Hadisə "Mercedes-Benz" və "VAZ -2106" markalı avtomobillərin toqquşması nəticəsində baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, qəza nəticəsində xəsarət alanlardan ikisi Göygöl rayon sakini, digərləri isə Tovuz rayonun Aşağı Öysüzlü kənd sakinləridir. 

Onlar, Aşağı Öysüzlü kənd sakini, 1975-ci il təvəllüdlü, Mehdiyev Etibar və onun həmkəndlisi, 1993-cü il təvəllüdlü Qasımov Sərxan, Göygöl rayon sakinləri, 1996-cı il təvəllüdlü Cəlilov Ruslan və 1982-ci il təvəllüdlü Elyar Tağıyevdirlər.

*** saat 15:06

Tovuz. 21 iyul. REPORT.AZ/ Tovuz rayonunda iki avtomobil toqquşub.

"Report"un Qərb bürosunun məlumatına görə, günorta saatlarında Bakı-Qazax yolunun Tovuz şəhərindən keçən hissəsində baş vermiş ağır qəza nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Tovuz Rayon Mərkızi Xəstəxanasına yerləşdirilib.

Onların arasında vəziyyəti ağır olanlar da var. Hələ ki, kimliyi bilinməyən şəxslərə həkimlər tərəfindən tibbi yardım göstərilir. Yaralıların hamısı kişidir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi