Tovuzda avtomobil qaçıran şəxs saxlanıldı

Tovuzda avtomobil qaçıran şəxs saxlanıldı Gədəbəy rayon sakininin avtomobili qaçırılıb.
Hadisə
29 Fevral , 2020 12:25
Tovuzda avtomobil qaçıran şəxs saxlanıldı
stock.adobe.com

Gədəbəy rayon sakininin avtomobili qaçırılıb.

Bu barədə "Report"un Qərb Mərkəzinə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, fevralın 28-də Tovuz rayonunun Ceyrançöl adlanan ərazisindən Gədəbəy rayon sakini A.Məmmədova məxsus “VAZ-21015” markalı avtomobilin qaçırılması barədə Tovuz Rayon Polis Şöbəsinə (RPŞ) məlumat daxil olub.

Tovuz və Şəmkir RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Şəmkir rayon sakini R.Veyisov saxlanılıb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi