Tovuzda avtomobilin vuraraq öldürdüyü piyadanın şəxsiyyəti məlum olub

Tovuzda avtomobilin vuraraq öldürdüyü piyadanın şəxsiyyəti məlum olub Tovuz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə
24 Oktyabr , 2021 09:01
Tovuzda avtomobilin vuraraq öldürdüyü piyadanın şəxsiyyəti məlum olub

Tovuz rayonunda bazarın önündə "VAZ-21015" markalı avtomobilin vuraraq öldürdüyü piyadanın şəxsiyyəti dəqiqləşib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən piyada Abulbəyli kənd sakini, 1968-ci il təvəllüdlü Fazilə Cəfərovadır. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. F.Cəfərovanın meyiti tibbi ekspertizaya göndərilib.

Faktla bağlı cinayət işi başlanıb.

08:29

Tovuz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayondakı bazarın qarşısında qeydə alınıb.

Avtomobillə vurulan qadın piyada xəstəxanaya aparılan zaman aldığı xəsarətlərdən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi