Tovuz. 17 iyul. REPORT.AZ/ Tovuz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb.
Yolu keçərkən avtomobil tərəfindən vurulan şəxsin meyiti morqa aparılıb. Onun Əyyublu kənd sakini 1992-ci il təvəllüdlü Taleh Salehoğlu olduğu müəyyənləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.