Tovuzda avtomobil maneəyə çırpılıb

Tovuzda avtomobil maneəyə çırpılıb Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
2 İyun , 2020 01:07
Tovuzda avtomobil maneəyə çırpılıb
Foto: "Report"

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, şəhərin Heydər Əliyev prospektində hərəkətdə olan VAZ-2107 markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı işiq dirəyinə çırpılıb.

Qəza zamanı xəsarət alan olmasa da avtomobilə ciddi zərər dəyib.

İlkin məlumata görə, hadisəyə avtomobil hərəkətdə olan zaman qarşısına azyaşlının çıxması səbəb olub. Bu zaman sürücü idarəetməni itirib. Nəticədə avtomobil işıq dirəyinə çırpılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi