Tovuzda avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var - FOTO

Tovuzda avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var - FOTO Tovuzda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
22 Mart , 2019 00:27
Tovuzda avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var - FOTO
Foto: "Report"

Tovuzda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Tovuz şəhər Heydər Əliyev prospektində qeydə alınıb. İdarəetmədən çıxan "VAZ" markalı avtomobil öncə elektrik dirəyinə, daha sonra isə yol kənarındakı dəmir maneəyə çırpılıb. 

Qəza zamanı Gəncə şəhər sakini, 1982-ci il təvəllüdlü Fərrux Mehdiyev və Salyan rayon sakini, 1992-ci il təvəllüdlü Miryaqub Mirsalahov xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi