Tovuzda avtomobil çaya düşüb, xəsarət alanlar var

Tovuzda avtomobil çaya düşüb, xəsarət alanlar var Tovuz rayonunda yol qəzası baş verib.
Hadisə
24 İyul , 2021 17:41
Tovuzda avtomobil çaya düşüb, xəsarət alanlar var

Tovuz rayonunda yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Qəribli kəndində qeydə alınıb.

Belə ki, minik avtomobilinin idarəetmədən çıxaraq çaya düşməsi nəticəsində sürücü, 1985-ci il təvəllüdlü Məmmədov Rizvan Rafiq oğlu və onun övladı, 2011-ci il təvəllüdlü Mayıl xəsarət alıb. Onların hər ikisi xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi