Yuxarı

Tovuzda avtomobil aşıb, sürücü ölüb - YENİLƏNİB

Tovuzda avtomobil aşıb, sürücü ölüb
Faktla bağlı araşdırma aparılır

Tovuz. 29 noyabr. REPORT.AZ/ Tovuz rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs xəstəxanada ölüb. 

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Əyyublu kənd sakini, 1994-cü il təvəllüdlü Abbasov Elnur İlqar oğlu həmin kəndin ərazisində avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Bu zaman avtomobil yolun kənarına aşıb. 

Hadisə nəticəsində ağır kəllə-beyin travması alan sürücü xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.


*** 7:58


Tovuz. 29 noyabr. REPORT.AZ/ Tovuz rayonunda ağır yol-nqəliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə rayonun Əyyublu kəndi ərazisində qeydə alınıb. 

Belə ki, yüksək sürətlə hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Hadisə şahidlərinin bildirdiyinə görə, hadisə nəticəsində sürücü ağır bədən xəsarətləri alıb. Hadisə yerinə Hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Yaralı təcili yardım maşını ilə Xəstəxanaya çatdırlıb. 

Faktla bağlı araşdırma aparılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi