Tovuzda avtomobil aşıb, 4 nəfər xəsarət alıb - YENİLƏNİB

Tovuzda avtomobil aşıb, 4 nəfər xəsarət alıb - YENİLƏNİB Tovuz. 27 yanvar. REPORT.AZ/ Tovuz rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adı məlum olub.
Hadisə
27 Yanvar , 2018 14:05
Tovuzda avtomobil aşıb, 4 nəfər xəsarət alıb - YENİLƏNİB
Report

Tovuz. 27 yanvar. REPORT.AZ/ Tovuz rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adı məlum olub.

"Report"un Qərb bürosu xəbər verir ki, 1986-ci il təvəllüdlü İlkin Vəliyevin idarə etdiyi avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. 

Nəticədə sürücü İ.Vəliyev və avtomobildə olan sərnişinlər - 1981-ci il təvəllüdlü İsmayıl Həsənov, 1992-ci il təvəllüdlü Qadir Həsənov və 1993-cü il təvəllüdlü Kəmalə Vəliyeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 


***13:28

Tovuz. 27 yanvar. REPORT.AZ/ Tovuz rayonunda avtomobil idarəetmədən çıxaraq aşıb, 4 nəfər xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Böyük Qışlaq-Cəfərli avtomobil yolunda baş verib.

İlkin məlumata görə, qarlı-şaxtalı hava şəraiti səbəbi ilə avtomobil idarəetmədən çıxaraq sürüşüb və yolun kənarına aşıb. Hadisə nəticəsində sürücü və avtomobildə olan üç sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir. 

Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb ediliblər.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi