Tovuzda avtomobil aşdı, ölən və yaralananlar var

Tovuzda avtomobil aşdı, ölən və yaralananlar var Tovuz rayonunda yol qəzası baş verib.
Hadisə
29 Aprel , 2020 19:43
Tovuzda avtomobil aşdı, ölən və yaralananlar var

Tovuz rayonunda yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Xatınlı kənd yolunda qeydə alınıb.

Belə ki, "VAZ-21099" markalı minik avtomobili yoldan çıxaraq aşıb. Nəticədə 1999-cu il təvəllüdlü Quliyev Toğrul İlqar oğlu ölüb. Yusifov Azər Səməndər oğlu (1983) və Alıyev İdris İlqar oğlu (1999) isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi