Tovuzda avtomobil ağaca çırpılıb, sürücü xəsarət alıb

Tovuzda avtomobil ağaca çırpılıb, sürücü xəsarət alıb Tovuz. 31 avqust. REPORT.AZ/ Tovuzda baş verən yol qəzası zamanı 1 nəfər xəsarət alıb.
Hadisə
31 Avqust , 2018 23:24
Tovuzda avtomobil ağaca çırpılıb, sürücü xəsarət alıb
Foto: Report.az

Tovuz. 31 avqust. REPORT.AZ/ Tovuzda baş verən yol qəzası zamanı 1 nəfər xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Tovuz şəhərində yerləşən marketlərin birinin qarşısında qeydə alınıb. 

Avtomobilin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində sürücü, 1992-ci il təvəllüdlü Ələkbər Hüseynov müxtəlif bədən xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi