Tovuzda avtomobil 57 yaşlı qadını vuraraq öldürüb

Tovuzda avtomobil 57 yaşlı qadını vuraraq öldürüb Faktla bağlı araşdırma aparılır
Hadisə
21 İyun , 2017 00:31
Tovuzda avtomobil 57 yaşlı qadını vuraraq öldürüb
Courtesy İmage

Tovuz. 21 iyun. REPORT.AZ / Tovuz rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Əyyublu kəndində baş verib.

Kənd sakini, 1960-cı il təvəllüdlü Ceyran Həsənova "Opel" markalı avtomobil tərəfindən vurulub. Yaralı xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi